Türkiyənin Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərinə sahib olması onun F-35 təyyarə istehsalı proqramına qayıtmasına tək maneə deyil.
Bu barədə Türkiyənin “Yeni Şəfəq” nəşri hökumət mənbələrinə istindla məlumat yayıb.
Nəşrin mənbələrinin məlumatına görə, Türkiyənin F-35 proqramından uzaqlaşdırılmasının səbəbi Ankara ilə Vaşinqton arasında ciddi fikir ayrılıqlarının olmasıdır:
“Bu, Şərqi Aralıq dənizindəki vəziyyət, ABŞ-ın Yunanıstana silahlanma məsələsində yardımı, Yaxın Şərqdəki proseslərə baxış, Ağ Evin İsrailə dəstəyi, o cümlədən ABŞ-ın dəstəyini alan Suriyadakı kürd təşkilatlarının fəaliyyətidir. Ona görə də Türkiyənin F-35 layihəsinə qayıdışından danışmaq üçün təkcə S-400 deyil, bütün bu mövzularda həll yolu tapmaq lazımdır”.
Qeyd edək ki, bir neçə gün öncə ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland Ankaranın aldığı S-400 zenit-raket kompleksləri ilə bağlı məsələnin həll olunacağı halda ABŞ-ın Türkiyəni F-35 qırıcılarının istehsalı proqramına qaytarmağa hazır olduğunu bildirmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.