“Hər bir ölkənin inkişafını təmin edən mühüm amillərdən biri müasir çağırışlara uyğun gənclər siyasətinin həyata keçirilməsidir. Bu siyasət təkcə gəncliyin fiziki və mənəvi inkişafını təmin etmir, eyni zamanda, dövlətin gücünü artırır. Bu baxımdan, Azərbaycan nümunəsi müsbət örnək kimi diqqəti cəlb edir”. Bu fikirləri gənclərlə iş fəaliyyəti olan Arzu Qarazadə deyib.
Azərbaycanda uğurlu dövlət gənclər siyasətinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu deyən A.Qarazadə bu siyasətin son 20 il ərzində müvəffəqiyyətlə davam etdirildiyini bildirib: “Prezident İlham Əliyev gəncliyin inkişafına xüsusi diqqət göstərir. Bunun nəticəsidir ki, ölkəmizdə milli maraqların ətrafında sıx birləşmiş sağlam gənclik mövcuddur və gənclər müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir, Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edirlər”.
Azərbaycan gəncliyi Vətən müharibəsində öz borcunu şərəflə yerinə yetirib və torpaqlarımızın işğaldan azad olunmasında misilsiz şücaət nümayiş etdirib. Həmin gənclərdən biridə ailə üzvüm olan əziz qəhrəman qardaşımdır ki ,hal hazırda da Vətənə borcunu ödəyir : “Bu, gələcəyə nikbin baxmağımıza əsas verən qürurverici reallıqdır”.
7 fevral 2024 il prezident seçkiləri bizim ölkəmizin gənclərinin böyük səs qüvvəsi olan cənab ali baş komandan İlham Əliyevin səsi olacaqdır ki, gənclər öz liderlərini bu şüarla Vətənin Qalib Lideri çağırış edəcəklər.
Azerbaycan respublikası Gənclər idman nazirliyinin nəznində olan Xəzər Gənclər evi sosial xidmət müəssisəsinin layihə rəhbəri/dərnək rəhbəri
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.