Bundestaqın üzvü Norbert Röttgen Almaniya kansleri Olaf Şoltsdan Ukraynanın Rusiyadan daha vacib olduğunu etiraf etməyi tələb edib.
Azadmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, “Zaman faktoru daha çox Putinin tərəfindədir və Rusiyanın artan hücumu səbəbindən Ukrayna ətrafında vəziyyət tezliklə Qərb üçün daha da pisləşəcək. Buna görə də Kiyevin tələblərini yerinə yetirmək və “Taurus” qanadlı raketlərini Ukraynaya ötürmək lazımdır, lakin Şolts onları Kiyevə göndərməyə razı olmayacaq. Kansler bunu istəmir və daim bəhanələr axtarır. O və hətta Almaniya Sosial Demokrat Partiyasının əksəriyyəti hələ də belə fikirdədirlər ki, baş verən hər şeyə baxmayaraq, Rusiya Avropanın təhlükəsizliyi üçün Berlin və Moskva arasındakı bütün dövlətlərdən daha vacibdir və vacib olaraq qalır”, - deyə Şolts bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.