AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyəli astronavt Sabah Yer planetinə doğru yola çıxacaq - KİV

  • + A
  • - A
  • 2-02-2024, 15:11

    Türkiyəli astronavt Sabah Yer planetinə doğru yola çıxacaq -


    Türkiyəli astronavt Alper Gezeravcı fevralın 3-də Türkiyə vaxtı ilə 14:00-da Yer planetinə doğru yola çıxacaq.
    Azadmedia.az Anadolu agentliyinə istinadla xəbər verir ki, bu gün Türkiyə vaxtı ilə saat 17:50-də Alper Gezeravcının da daxil olduğu Ax-3 komandası ilə vidalaşma mərasimi keçiriləcək. Mərasim “Axiom Space”nin sosial media hesablarında canlı yayımlanacaq.

    Belə ki, Alper Gezeravcı və komandasının sabah Türkiyə vaxtı ilə saat 14:00-da Beynəlxalq Kosmik Stansiyadan ayrılacağı gözlənilir. Yerə qayıdış 12 saat çəkəcək. Planlaşdırılan eniş ABŞ-ın Florida ştatının şərqində Atlantik okeanında və qərbdə Meksika körfəzində yerləşən yeddi potensial eniş nöqtəsindən birində həyata keçiriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR