Filippin və ABŞ Cənubi Çin dənizində gərginliyin artdığı bir vaxtda indiyədək ən böyük hərbi təlimlərini keçirməyi planlaşdırır.
Azadmedia.az-ın xəbərinə görə, Filippin Silahlı Qüvvələrinin sözçüsü polkovnik Françel Marqaret keçirdiyi brifinqdə bildirib ki, “Balikatan” adlı təlimlərdə müxtəlif müharibə ssenariləri yer alacaq.
Belə ki, genişləndirilmiş təlim planı ABŞ və Filippinin mübahisəli sularda davam edən gərginlik fonunda təhlükəsizlik əlaqələrini gücləndirdiyi bir vaxta təsadüf edir və təlimlərə Pekinin geniş iddiaları olan Cənubi Çin dənizi yaxınlığındakı sularda döyüş atışlı təlimləri daxildir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.