ABŞ SEPAH-ın altı komandiri və yüksək rütbəli üzvlərinə, İranın raket və dron proqramları üçün material və texnologiya təchizat şəbəkəsinə sanksiya tətbiq edib.
Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Honq-Konqda yerləşən dörd şirkət və onların Tehrandakı "Narin Sepehr Mobin İstatis" adlı şirkəti də sanksiyaya məruz qalıb.
Həmid Humayunfal, Həmidrza Ləşgərian, Mehdi Ləşgərian, Milad Mənsuri, Məhəmməd Əmin Saberian və Məhəmməd Bagir Şirinkar adlı SEPAH zabitləri kiber fəaliyyətlərinə görə sanksiyalar siyahısına daxil edilib.
Qeyd edək ki, bu sanksiya, İrana bağlı haker qrupunun Albanyanın Statistika Mərkəzinə hücumundan sonraya təsadüf edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.