AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Serbiya Kosovoda yaşayan serblərə dinarla ödəniş etməyi davam etdirəcək - Vuçiç

  • + A
  • - A
  • 3-02-2024, 17:34


    Serbiya Kosovoda yaşayan serblərə dinarla ödəniş etməyi davam etdirəcək -


    Serbiya hökuməti qadağalara baxmayaraq, Kosovoda yaşayan serblərə dinarla ödəniş etməyi davam etdirəcək.

    Azadmedia.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.

    Belə ki, o Kosovonun fevraldan etibarən nağd ödənişlər üçün yalnız avrodan istifadə siyasəti tətbiq etməsinə baxmayaraq, Serbiyanın Kosovo serblərinə əməkhaqqını, sosial yardım və təqaüdləri dinarla ödəməyə davam etdiyini bildirib. Qeyd edilib ki, artıq fevral ayı üzrə maaş, pensiya və sosial yardımlar vaxtından əvvəl ödənilib.

    Həmçinin “Kosovodakı serblər bilməlidirlər ki, hökumət onların ödənişlərini ala bilməsi üçün hər şeyi edəcək. Bunun texniki detallarını ictimaiyyətə açıqlamaq istəmirəm. Serbiya, həmçinin bazar ertəsi günü BMT Təhlükəsizlik Şurasının fövqəladə sessiyasının çağırılması üçün müraciət təqdim edəcək. Artıq Avropa İttifaqına üzv dövlətlərin nümayəndələrinə, Aİ institutlarına, həmçinin bütün üzv ölkələrin prezident və Baş nazirlərinə məktub göndərilib”, - deyə Serbiya Prezidenti vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR