Rusiya Kommunistləri Partiyasının sədri Sergey Malinkoviç bildirib ki, Mərkəzi Seçki Komissiyası topladığı seçici imzalarında yol verilən 5%-dən yuxarı qüsurlar müəyyən edib.
Bu barədə "Kommersant" məlumat yayıb.
"İşçi qrupunun qərarı, təəssüf ki, bizə qeydiyyat vəd etmir. Təqdim olunan protokola əsasən, onlar kifayət qədər çox səhv tapdılar, səhvlərin faizi icazə verilən həddi aşır. Yekun qərar, təbii ki, fevralın 7-də keçiriləcək komissiyanın iclasında veriləcək, ona görə də qabaqcadan mühakimə yürütmək düzgün olmazdı. Amma protokoldan görürəm ki, onların bir sıra şikayətləri var", - namizəd deyib.
O vurğulayıb ki, prezident seçkilərində qeydiyyatdan imtina edilərsə, Mərkəzi Seçki Komissiyasının qərarına məhkəmə yolu ilə etiraz etməyəcək. Malinkoviç seçici imzalarının toplanması prosesini “çox mürəkkəb” adlandırıb və komandasının səhvlərə yol verə biləcəyini etiraf edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.