Bolqarıstanda ölkənin Daxili İşlər Nazirliyinin əməkdaşı Rusiyaya casusluqda şübhəli bilinərək saxlanılıb.
Bu barədə Bolqarıstan Milli Televiziyası məlumat yayıb.
Həmin şəxs nazirliyin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşı olub. Bolqarıstan Dövlət Milli Təhlükəsizlik Agentliyinin məlumatına görə, saxlanılan şəxs məxfi məlumatları Rusiya agentlərinə ötürüb.
O, məxfi məlumatları Rusiyanın Sofiyadakı səfirliyinin daha əvvəl persona-non-qrata elan edilmiş keçmiş diplomatına ötürüb. 2023-cü ilin payızında Bolqarıstan hakimiyyəti casusluqda şübhəli bilinən “Rossiyskaya qazeta”nın jurnalisti Aleksandr Qatsakı ölkədən çıxarıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.