İsrail ordusu Misirlə sərhəddə yerləşən Rəfah şəhərində HƏMAS hərəkatının silahlı birləşmələrini məhv etmək niyyətindədir. Azadmedia.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qallant mətbuat konfransında bildirib.
Belə ki, "Biz hələ döyüşmədiyimiz yerlərə də çatacağıq - Qəzza zolağının mərkəzinə və cənubuna, xüsusən də Rəfahda HƏMAS-ın son qalasına..." - deyə nazir vurğulayıb.
Həmçinin Qallant qeyd edib ki, Fələstin silahlı qruplaşmaları üzvlərinin iki seçimi var - təslim olmaq, ya da ölmək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.