“Nikosayağı” kimi tanınan bloger Nicat Şakirlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktı elan edilib.
İttiham aktında göstərilib ki, hadisə ötən ilin avqustunda qeydə alınıb. Nicat Şakirli içkili vəziyyətdə idarə etdiyi “Porsche” markalı avtomobillə yük maşınına (TIR) çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov vəfat edib.
Daha sonra söz təqsirləndirilən şəxs Nicat Şakirliyə verilib.
Nicat Şakirli ona edilən ittihamla özünü tam təqsirli bilib.
O bildirib ki, hadisədən qabaq mərhum Ruslan Məmmədovla avtomobili ilə şəhər gəzintisi edib: “Hadisələri tam xatırlaya bilmirəm. Mən videoya baxandan sonra hər şey yadıma düşdü. Joker adlı mərkəzdə çay içib istirahət edirdik. Mənə qaranlıq qalan o məqam oldu ki qəzanı törətməmişdən öncə içkili olmamışam. Mən içkini bir gün qabaq barda içmişdim. Hadisə zamanı rəhmətə gedən Ruslan mənim əzizim idi. Kaş o yox, mən ölərdim. Onun ailəsindən dönə-dönə üzr istəyirəm”.(Report)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.