Ukrayna Ali Radası ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin müddətini daha üç ay - 2024-cü il mayın 13-dək uzadıb. Azadmedia.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə “Səs” fraksiyasından olan deputat Yaroslav Jeleznyak məlumat verib.
Belə ki, xüsusi rejim müharibə başlayandan bəri 10-cu dəfə uzadılıb.
Qeyd edək ki, hərbi vəziyyətin uzadılması qərarını 335 deputat dəstəkləyib, 323 deputat isə səfərbərliyin uzadılmasının leyhinə səs verib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.