21saylı seçki dairəsinin 4 saylı seçki məntəqəsində səsvermə mütəşəkkil qaydada keçirilir.
Seçicilərin növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində səsverməsi üçün bir mənalı şəkildə, respublikanın bütün şəhər, rayon və kəndlərində yerləşən məntəqələr fevralın 7-də tam tərkibdə fəaliyyət göstərir.
Belə ki, seçicilər səhər saatlarından seçki məntəqələrinə gəlir, öz iradələrini azad şəkildə ifadə edir, istədikləri namizədə səs verir. Məntəqələrdə səsvermə tam mütəşəkkil qaydada keçir.
21 saylı seçki dairəsinin 4 saylı seçki məntəqəsində səsvermədə iştirak edən vətəndaş Xəlil Xəlilov da Azadmedia.az-ın müxbirinə açıqlamasında diqqətə çatdırıb ki, səs verdiyi məntəqədə seçkilərin demokratik şəraitdə keçirilməsi, komissiya üzvlərinin normal fəaliyyəti, vətəndaşların sərbəst şəkildə səs vermələri üçün həmin məntəqədə bütün zəruri şərait yaradılmışdı, həmçinin 21 saylı seçki dairəsinin 4 saylı seçki məntəqəsi seçici izdihamı ilə fərqlənirdi. Vətəndaş X. Xəlilov onu da vurğulayıb ki, Komissiya üzvləri sakinlərlə səmimi davranır, yorulmadan işləyirdilər. O həmçinin qeyd edib ki, səsvermənin gedişində şəffaflığı təmin etmək üçün məntəqədə quraşdırılmış veb-kamera vasitəsilə müşahidəçilər prosesin gedişini aşkar şəkildə izləyə bilirdilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.