“Baykar” Kiyev yaxınlığında təxminən 500 nəfərin çalışacağı və “Bayraktar TB2” və ya TB3 Pilotsuz Uçuş Aparatlarının (PUA) istehsal olunacağı fabrikin tikintisinə başlayıb.
Azadmedia.az xəbər verir ki, Türkiyə istehsalı olan “Bayraktar” PUA-ları Ukrayna ordusu tərəfindən zirehli vasitə və artilleriya sistemlərini məhv edərək, Rusiya qüvvələrinin qarşısını almaq üçün istifadə edildikdən sonra dünya miqyasında şöhrət qazanıb.
Belə ki, “Baykar” TB2 PUA-sı üçün 30 ölkə ilə ixrac müqaviləsi imzaladığını açıqlayıb.
Həmçinin SIPRI analitik mərkəzinin məlumatına görə, bu ölkələrə 2018-ci ildən Ukrayna, Efiopiya, Liviya və Azərbaycan da daxildir.
Qeyd edək ki, “Baykar”ın baş direktoru Haluk Bayraktar Ər-Riyadda keçirilən WDS sərgisində açıqlama verib və bildirib ki, fabrik inşa edilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.