Bugün Pakistanda parlament seçkiləri keçirilir.
Azadmedia.az xəbər verir ki, seçkilərin nəticələrinə əsasən parlamentdə çoxluq təşkil edən qüvvələr ölkənin yeni hökumətini formalaşdıracaq.
Belə ki, Milli Assambleyanın 336 deputat mandatı üçün 44 siyasi partiya mübarizə aparır. Həmin yerlərdən 60-ı qadınlar üçün, 10-u isə dini azlıqların nümayəndələri üçün ayrılıb.
Həmçinin Pakistan Seçki Komissiyasından bildirilib ki, ölkə ərazisində 128 milyona yaxın seçici səsvermə hüququndan istifadə edə biləcək.
Qeyd edək ki, səsvermə prosesi yerli vaxtla 17:00-da başa çatacaq, ilkin nəticələr 19:00 radələrində məlum olacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.