AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

7 fevral yeni dövrün başladığı gündür

  • + A
  • - A
  • 9-02-2024, 12:25

    7 fevral yeni dövrün başladığı gündür

    Hicran Hüseynova
    Milli Məclisin Komitə sədri, professor


    Azərbaycan sülh, sabitlik, firavanlıq, tərəqqi lehinə seçim edərək yeni tarixi dövrə qədəm qoyur. Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin növbədənkənar Prezident seçkilərindəki parlaq qələbəsi xalqımızın ona olan sonsuz inamının ən bariz nümunəsidir. Ötən 20 il ərzində xalq öz liderində və onun siyasətində getdikcə güclənən Azərbaycanı gördü. Dövlətimiz siyasi, iqtisadi, hərbi, sosial cəhətdən bir çox yeniliklərə imza atdı, dünya iqtisadi böhran içində qalanda “bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”- deyən Lider xalqı bu çətin vəziyyətdən xilas etdi. Həyata keçirilən sosial islahatlar nəticəsində bu çətin dövrdə əhlinin sosial müdafiəsi daha da gücləndirildi. Bu 20 ilin hər günü bir məqsədə, bir amala xidmət edirdi: tarixi torpaqlarımızın erməni işğalından azad olunması, ərazi bütövlüyümüzün və suverenliyimizin təmin edilməsi. Və nəhayət bu tarixi missiya yerinə yetirildi. Fevralın 7-də keçirilən növbədənkənar Prezident seçkiləri isə bu epoxal hadisəyə yekun vuraraq, eyni zamanda, Azərbaycan dövlətinin həyatında yeni dövrün başlanğıcı oldu. Xalqımız bu mərhələyə əfsanəvi tarixi Qələbənin, Azərbaycanın son onilliklərdə əldə etdiyi bütün mühüm, vacib nailiyyətlərin memarı, Ümummilli Liderin layiqli davamçısı - Prezident İlham Əliyevlə qədəm qoyur. Azərbaycan xalqının öz liderinə etimad mandatı prezident seçkilərinin görünməmiş ilkin nəticələri - 92,12 faiz səslə ifadə olunur. Bu xalqımızın cənab İlham Əliyevə, onun şəxsiyyətinə, həyata keçirdiyi siyasətə sarsılmaz inamın göstəricisidir.

    Budəfəki seçkilərin tarixi əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk dəfə bütün ölkə üzrə keçirilirdi. Xalq böyük inamla, yüksək əhval-ruhiyyə ilə seçki məntəqələrinə gedir və səs verirdilər. Seçkiləri müşahidə edən yerli və beynəlxalq müşahidəçilər də təsdiq etdilər ki, insanlar öz konstitusion hüququndan istifadə etmək üçün növbələrə dayanırdı. Bu həm də vətəndaşlıq borcu idi. Prezident İlham Əliyevin özü, birinci xanım Mehriban Əliyeva və onların ailə üzvlərinin Xankəndi şəhərində səs verməsi isə tarixi və rəmzi xarakter daşıyır. Bu, sadə və aşkar bir həqiqətin bütün dünyaya nümayişi idi - Azərbaycan erməni separatizmi və terrorizmi üzərində birdəfəlik qələbə qazandı və heç kəsə bizim Böyük Qələbəmizi şübhə altına almağa imkan verilməyəcək. İndiyədək separatizm və ərazilərin işğalı ilə bağlı problem yaşayan heç bir postsovet ölkəsi bunu bacarmayıb. Və Azərbaycan aparıcı dünya dövlətlərinin planlarına zidd olaraq ədalətin və beynəlxalq hüququn təntənəsinə nail oldu. Mən ilk növbədə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini nəzərdə tuturam. Onlar, xüsusən də Makronun dövründə Fransa hələ də Azərbaycanın siyasi və hərbi zəfərini həzm edə bilmir, bunu öz fiaskosu kimi qəbul edərək ölkəmizə təzyiq göstərməyə çalışırlar. Onlar müxtəlif səviyyələrdə Fransa Senatında, Avropa Parlamentində, AŞPA-da, BMT-də heç bir əsası olmayan qətnamələr, hesabatlar hazırlayır, qəbul edirlər. Bundan başqa, Fransa Ermənistanı aktiv şəkildə silahlandırır. ABŞ və bir sıra Avropa ölkələrində erməni lobbisi və diasporla uzun müddət əməkdaşlıq edən və öz maraqları naminə çalışan siyasətçilər də fəallaşır. Amma onların bütün antiazərbaycan təxribatları əks effekt verdi. Strateji təfəkkürünün miqyasına görə İlham Əliyevə rəqib olmağa sadəcə olaraq yaraşmayan Makronun indiki seçkilərdə Azərbaycan xalqı öz prezidentinin ətrafında sıx birləşərək onu dəstəklədi.

    Səs vermə hüququ olan hər bir vətəndaşımız bu seçkilərdə iştirak etdi. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin xalqımıza qazandırdığı tarixi qələbəyə görə minnətdarlığın təzahürüdür. Bu həm də bizim qələbəmizi dəyərsizləşdirməyə, Vətənimizin qüdrətini, onun dövlətçiliyini ləkələməyə, gözdən salmağa çalışan bütün xarici qüvvələrə cavabdır. Fevralın 7-də seçki məntəqələrinə 4 milyon 971 min 032 nəfər gəlib, onların 92 faizdən çoxu İlham Əliyevə, bütöv bir xalqın arzusunu gerçəkləşdirən şəxsə səs verdi.

    İlham Əliyevin prezident seçkilərində inamlı qələbəsi xalqımızın öz rəhbərinə güclü dəstəyinin və sonsuz etimadının növbəti bariz təcəssümü idi. Xalq milli maraqların müdafiəsinə əsaslanaraq, Vətənin hərtərəfli inkişafını, öz rifahını və təhlükəsizliyini, övladlarının parlaq və təhlükəsiz gələcəyini təcrübəli, müdrik, uzaqgörən dövlət xadiminə etibar etdilər. Azərbaycan dövlətinin başçısı haqlı olaraq xalqımız və bütün dünyada soydaşlarımız tərəfindən böyük məhəbbət və ehtiramla qarşılaşır, çünki onun hər qərarının, hər addımının arxasında Vətənə xidmət etmək səmimiyyəti dayanır.

    Həm keçirilmiş “exit-poll” un nəticələri, həm də MSK-nın ilkin nəticələri elan olunan kimi, Azərbaycanın hər bir şəhərində, kəndində, hər bir ailəsində insanlar bayram etdi, minlərlə insan əllərində Azərbaycanın dövlət bayrağı ilə küçələrə çıxaraq bu parlaq qələbənin sevincini bölüşürdü. Dünya dövlətlərinin liderlərindən davamlı olaraq təbrik məktubları gəlir. Ölkədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti, siyasi partiyalar, adi vətəndaşlar cənab İlham Əliyevi təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırlar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR