Azərbaycan Ordusunun Qarabağda apardığı antiterror tədbirlərindən (19-20 sentyabr 2023-cü il) sonra saxlanılan ermənilərlə qohumları arasında 660 şifahi, video, yazılı mesaj və telefon danışığı aparılıb.
Bu barədə məlumatı Beynəlxalq Qızıl Xaç Komitəsi özünün X mikrobloqunda açıqlayıb.
Xatırladaq ki, komitə sonuncu dəfə bu il fevralın 5-də qondarma “artsaxın keçmiş rəhbərləri” də daxil olmaqla Bakıda saxlanılan ermənilərə baş çəkib.
“Biz mütəmadi olaraq saxlanılan şəxslərə baş çəkir və onların ailələri ilə əlaqə saxlamalarına köməklik edirik”, - məlumatda deyilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.