Finlandiya Ukraynaya növbəti hərbi yardım paketini təsdiqləyib.
Azadmedia.az xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Belə ki, Finlandiya Respublikasının Prezidenti hökumətin təklifi əsasında bu məsələ ilə bağlı qərar verib.
Bu həmçinin, Finlandiyanın Ukraynaya ayırdığı 22-ci müdafiə yardımı paketidir. Hərbi yardım paketinin dəyəri təxminən 190 milyon avrodur. Bununla da Finlandiyanın Ukraynaya çatdırdığı müdafiə materialının ümumi dəyəri 1,8 milyard avro təşkil edir.
Qeyd olunub ki, son ayrılan yardım paketinə Ukraynaya dəstək üçün ayrılmış 30 milyon avroluq ayrıca maliyyə ilə yerli sənayedən alınmış məhsullar da daxildir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.