“7 fevral prezident seçkiləri müasir tariximizə qürurverici məqamlarla yazıldı. Öncə qeyd edək ki, bu seçkilər bütün ölkə ərazisini əhatə etdiyi üçün xalqımızda bayram əhval-ruhiyyəsi yaratdı. Dövlət başçısı İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və ailə üzvlərinin Xankəndi şəhərində səs vermələri hər bir azərbaycanlını qürurlandırdı. Bir daha sübut olundu ki, bu torpaqların sahibləri Azərbaycan xalqıdır. Bura qayıtmışıq və burada əbədi olacağıq. Soydaşlarımızın öz dogma yurd-yuvalarında səsvermə prosesinə qatıldıqları üçün sevinclərinin həddi-hüdudu yox idi. Zəfər seçkilərinin digər qürurverici anı qalib xalqın qalib Liderinin inamlı qələbəsi oldu. Cənab İlham Əliyev seçicilərin 92 faizindən çoxunun səsini qazanaraq Prezident seçildi. Ölkə və dünya mətbuatında dövlət başçısının qələbəsini şərtləndirən amillər geniş təhlil olunur və bir daha qeyd edilir ki, tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi Azərbaycanın uğurlu gələcəyinin əsasıdır. Bundan sonra da ölkəmizi, xalqımızı cənab İlham Əliyevin rəhbərliyi ilə daha möhtəşəm uğurlar gözləyir.”
2003-cü ildən etibarən ölkədə həyata keçirilən sistemli islahatlar xalqın həyatını köklü şəkildə dəyişmişdi. Bu müddət ərzində aparılan uğurlu xarici siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı bir çox beynəlxalq sənədlərdə öz əksini tapmışdı. Nəhayət 2020-ci ildə İlham Əliyevin qətiyyəti sayəsində torpaqlarımızın işğaldan azad edilməsi və keçən ilin sentyabrında Xankəndiyə bayrağımızın asılması İlham Əliyevi istənilən seçkilərdə alternativsiz Lider etmişdi. Bu qədər böyük nailiyyətlərin müəllifi olan Prezident İlham Əliyev nəinki ölkə daxilində, həm də dünya liderləri arasında ən çox sevilən və rəğbət bəslənilən dövlət başçılarından biridir. Ona görə də xalq indi də, gələcəkdə də onu və onun irəli sürdüyü bütün ideya və təşəbbüsləri böyük mütəşəkkilliklə dəstəkləyəcək.
Budəfəki seçkilərin tarixi əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk dəfə bütün ölkə üzrə keçirilirdi. Xalq böyük inamla, yüksək əhval-ruhiyyə ilə seçki məntəqələrinə gedir və səs verirdilər. Seçkiləri müşahidə edən yerli və beynəlxalq müşahidəçilər də təsdiq etdilər ki, insanlar öz konstitusion hüququndan istifadə etmək üçün növbələrə dayanırdı. Bu həm də vətəndaşlıq borcu idi. Prezident İlham Əliyevin özü, birinci xanım Mehriban Əliyeva və onların ailə üzvlərinin Xankəndi şəhərində səs verməsi isə tarixi və rəmzi xarakter daşıyır. Bu, sadə və aşkar bir həqiqətin bütün dünyaya nümayişi idi - Azərbaycan erməni separatizmi və terrorizmi üzərində birdəfəlik qələbə qazandı və heç kəsə bizim Böyük Qələbəmizi şübhə altına almağa imkan verilməyəcək. İndiyədək separatizm və ərazilərin işğalı ilə bağlı problem yaşayan heç bir postsovet ölkəsi bunu bacarmayıb. Və Azərbaycan aparıcı dünya dövlətlərinin planlarına zidd olaraq ədalətin və beynəlxalq hüququn təntənəsinə nail oldu. Mən ilk növbədə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini nəzərdə tuturam. Onlar, xüsusən də Makronun dövründə Fransa hələ də Azərbaycanın siyasi və hərbi zəfərini həzm edə bilmir, bunu öz fiaskosu kimi qəbul edərək ölkəmizə təzyiq göstərməyə çalışırlar. Onlar müxtəlif səviyyələrdə Fransa Senatında, Avropa Parlamentində, AŞPA-da, BMT-də heç bir əsası olmayan qətnamələr, hesabatlar hazırlayır, qəbul edirlər. Bundan başqa, Fransa Ermənistanı aktiv şəkildə silahlandırır. ABŞ və bir sıra Avropa ölkələrində erməni lobbisi və diasporla uzun müddət əməkdaşlıq edən və öz maraqları naminə çalışan siyasətçilər də fəallaşır. Amma onların bütün antiazərbaycan təxribatları əks effekt verdi. Strateji təfəkkürünün miqyasına görə İlham Əliyevə rəqib olmağa sadəcə olaraq yaraşmayan Makronun indiki seçkilərdə Azərbaycan xalqı öz prezidentinin ətrafında sıx birləşərək onu dəstəklədi.
Zəfər seçkilərinin yüksək seçici fəallığı şəraitində keçməsi torpaqlarımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsinin yaratdığı qürur hissinin nümayişi oldu: “Xalqın qalib Liderinə etimadı səsvermənin nəticələrində özünün aydın ifadəsini tapdı. Yeni dövrün başlanğıcı kimi dəyərləndirilən bu seçkilər ölkəmizin qarşısında yeni imkanlar yaradır. Tarixi Zəfərimizin reallıqları fonunda ölkəmizin sözünün dəyəri daha da artır. Bu reallıqların mühüm tərkib hissəsi kimi Böyük Qayıdış Proqramı uğurla icra edilir. Sakinlərinə qovuşan torpaqlarımızda əsl canlanma baş verib. Onu da qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının məlumatına görə işğaldan azad edilmiş ərazilərdəki ümumilikdə 47 seçki məntəqəsi üzrə seçici fəallığı 93 faizdən çox olub.
Azərbaycan üçün ən uğurlu başlanğıcdır. Qarşıda Ermənistanla sülhün əldə olunması, azad olunmuş torpaqlara Böyük Qayıdış, qaçqın soydaşlarımızın Ermənistana öz doğma torpaqlarına qaytarılması kimi nəhəng vəzifələr durur. Azərbaycan xalqı bunu bir daha öz etimadı ilə, seçkilərdə nümayiş etdirdiyi yüksək siyasi fəallığı ilə təsdiq etdi. Bu gün Azərbaycanın şanlı dövlətçilik tarixinin ən şərəfli səhifələri yazılır. Seçkilərdə iştirak etmək hüququ isə, hər bir vətəndaşa öz azad iradəsini ifadə etməklə yanaşı, eyni zamanda da yazılan tariximizin bir hissəsi olmaq şansı verir. Bu, hər bir vətənpərvər insan üçün ən böyük şərəfdir”