ABŞ-ın Kinematoqrafiya Sənəti və Elmi Akademiyasının İdarə Heyəti kastinq sahəsində nailiyyətlərə görə “Oskar” mükafatına yeni müsabiqə nominasiyası təsis edib. Bu mükafatın təltifinə 2026-cı ildən başlanılacaq.
Azadmedia.az xarici mediaya istinadla xəbər verir ki, bu kateqoriya Akademiya tərəfindən 2001-ci ildən bəri ilk dəfə tətbiq olunur. Kastinq-direktorlar bölməsi 2013-cü ilin iyulunda yaradılıb və təxminən 160 üzvü var.
Belə ki, “Kastinq-direktorlar kinematoqrafiyada mühüm rol oynayır, Akademiya inkişaf etdikcə, biz qəbul etdiyimiz və dəyərləndirdiyimiz nominasiyalara kastinqi fəxrlə əlavə edirik. Biz bölməmizin kastinq-direktorlarını bu mühüm mərhələ münasibətilə təbrik edirik”, - deyə Akademiyanın baş direktoru Bill Kramer və prezidenti Canet Yanq bildiriblər.
Qeyd edək ki, nominantların müəyyən edilməsi qaydası və səsvermə 2025-ci ilin aprelində elan olunacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.