“Əgər Paşinyan Rusiyanın nəzarəti altında Sünikdən(Zəngəzur-S.L.) yol keçməsinə icazə versəydi, Qarabağdan erməni əhalinin sayı bu qədəq azalmayacaqdı.
Moderator.az xəbər verir ki, "Panorama"nın yaydığı məlumata görə, bu barədə Ermənistanın Respublika partiyası baş assambleyasının üzvü Eduard Şarmazanov “Arkadi Qriqoryanla diqqət mərkəzində” verilişində danışıb.
“Həm artsaxın əhalisinin azalmasının, həm Laçın yolunun bağlanmasının, həm də artsaxa təcavüzün və Ermənistan Respublikasının 200 kvadrat kilometr ərazisinin işğalının(guya-S.L.) bir səbəbi var: Paşinyanın 9 noyabr sənədinin 9-cu bəndindən imtina etməsi”.
O, imzasına hörmətlə yanaşsaydı, Rusiyanın nəzarətində olan yolu açsaydı, heç bir problem yaranmazdı. O nəinki bunu etmədi, hətta həmin əraziyə avropalı müşahidəçiləri də gətirdi, KTMT-nin hərbi təlimlərindən imtina etdi, Qərbin qucağına uçdu, Rusiyanın vasitəçiliyindən imtina etdi”, - deyə Şarmazanov vurğulayıb.
Xatırladaq ki, 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli bəyannamənin 9-cu bəndinə əsasən Ermənistan Rusiya “FSB”-nin qoşunlarının nəzarəti altında Zəngəzur ərazisindən Naxçıvana yolun açılmasına şərait yaratmalıydı...
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.