Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu istehsalçılara pilotsuz uçuş aparatlarının (PUA) istehsalını artırmağı tapşırıb. Azadmedia.az xəbər verir ki, nazir bu barədə İjevskdə müdafiə sənayesi müəssisələrində yoxlamalar zamanı deyib.
Belə ki, Şoyqu qeyd edib ki, istehsal müəssisələrinin avtomatlaşdırılmasını artırmaqla PUA-ların keyfiyyətini, kəmiyyətini və istehsal sürətini artırmaq lazımdır:
“Bu gün yaradılan imkanlar bizə əksər problemləri həll etməyə imkan verir. Mən dronlara qarşı mübarizəni, taktiki səviyyədə elektron müharibəni və süni intellektdən istifadəni nəzərdə tuturam”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.