AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

MSK prezident seçkilərinin nəticələrini Konstitusiya Məhkəməsinə təqdim edib

  • + A
  • - A
  • 11-02-2024, 21:44

    MSK prezident seçkilərinin nəticələrini Konstitusiya Məhkəməsinə təqdim edib

    Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 7-də keçirilmiş prezident seçkilərinin yekunlarına dair protokolu müvafiq sənədlərlə birlikdə seçkilərin nəticələrinin təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edib.

    Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, seçilmiş prezident Konstitusiya Məhkəməsi tərəfindən prezident seçkilərinin nəticələrinin rəsmi elan edildiyi gündən 3 gün müddətində and içir.

    Qeyd edək ki, fevralın 7-də Azərbaycanda prezident seçkiləri keçirilib. Seçkilərdə 7 namizəd mübarizə aparıb. MSK-nın son məlumatlarına görə, İlham Əliyev 92,12% (4567458) səslə seçkilərdə qalib gəlib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR