Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin Türkiyədə müalicə aldığı xəstəxanada vəfat etməsi barədə məlumat yayılıb. Məlumatı onun sənət dostları paylaşıb.
Heydər Əliyev Fondundan verilən məlumata görə, 74 yaşlı bəstəkar bu gün planlı əməliyyata girəcək.
Lakin dəqiqləşmədən sonra məlum olub ki, məlumat yalandır, Cavanşir Quliyevin müalicəsi davam etdirilir.
Xatırladaq ki, Türkiyədə səfərdə olan Cavanşir Quliyevin beyninə qan sızdığı bildirilir.
Bəstəkarın müalicəsinə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond tərəfindən dəstək verilir.
***
Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev İstanbulda xəstəxanada vəfat edib.
Bu barədə onun sənət dostları sosial şəbəkə hesablarından məlumat yayıblar.
Xatırladaq ki, sənətkar fevralın 5-də xəstəxanaya yerləşdirilmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.