Rusiyadan Avropada gərginliyi pik həddə çatdıran həmlə gəlib. Rusiya Estoniyanın baş naziri Kaja Kallası üstü açılmayan cinayət işi üzrə axtarışa verib.
Rusiya Daxili İşlər Nazirliyinin axtarışda olan şəxslərlə bağlı məlumat bazasında Estoniyaya 2021-ci ildən rəhbərlik edən Kallas “Cinayət Məcəlləsinə əsasən axtarışda olan şəxs” kimi qeyd edilib. Cinayətin nədən ibarət olduğu qeyd edilməyib.
Kreml Rusiyanın axtardığı Baltikyanı liderləri “düşməncəsinə hərəkətlərdə” ittiham edir. Qeyd olunub ki, siyahıda Litvanın mədəniyyət naziri Simonas Kayris, 2 Polşa rəsmisi və Polşa Milli Yaddaş İnstitutunun direktoru yer alıb.
Kallas bir neçə gün əvvəl bildirmişdi ki, Rusiya qalib gəlməyin mümkün olmadığını anlayana qədər Ukraynadakı müharibə davam edəcək. O, Avstriyanın Der Standard xəbər agentliyinə verdiyi müsahibədə demişdi: "Rusiya uzun sürən münaqişəyə hazırlaşır və Qərbin Kremlin qurduğu müxtəlif tələlərə düşməməlidir. Rusiyanı güc yox, zəiflik təhrik edir". (Musavat)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.