ABŞ-ın müdafiə naziri Lloyd Ostin xəstəxanadan evə buraxılıb. Azadmedia.az-ın məlumatına görə, bu barədə Pentaqonun mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.
Belə ki, “O sağalır və vəzifəsinin icrasına başlayıb”, - deyə bəyanatda bildirilir.
Xatırladaq ki, bir müddət öncə Lloyd Ostinin sidik kisəsində yaranmış problemlə bağlı xəstəxanada müalicə olunmuşdu.
O, vəzifələrini icrasını müvəqqəti olaraq müavini Ketlin Hiksə həvalə edib. Pentaqon rəhbəri sonuncu dəfə yanvarın 1-də prostat xərçəngi ilə bağlı əməliyyatdan sonra yaranan infeksiyaya görə xəstəxanaya yerləşdirilmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.