AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran Azərbaycan və Ermənistanı təmkinli olmağa çağırdı

  • + A
  • - A
  • 14-02-2024, 11:35

    İran Azərbaycan və Ermənistanı təmkinli olmağa çağırdı

    İran Azərbaycan-Ermənistan şərti sərhədində baş vermiş son hadisələrə toxunaraq, mübahisələri sülh yolu ilə həll etməyə çağırıb.

    İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasser Kanani qeyd edib ki, Tehran sərhəddəki gərginlikdən narahatdır.

    Nasser Kanani Azərbaycan və Ermənistanı təmkinli olmağa çağırıb.

    O, dialoq və diplomatiyanın Qafqaz regionunda sabit və davamlı sülhə nail olmağın yeganə yolu olduğunu bir daha vurğulayıb. XİN sözçüsü bir daha hər iki ölkəni sülh sazişinin əldə olunması üçün səyləri gücləndirməyə çağırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR