AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya Prezidenti ölkənin Silahlı Qüvvələri haqda saxta məlumat yayanların əmlakının müsadirə edilməsinə dair qanunu imzaladı - KİV

  • + A
  • - A
  • 14-02-2024, 12:43

    Rusiya Prezidenti  ölkənin Silahlı Qüvvələri haqda saxta məlumat yayanların əmlakının müsadirə edilməsinə dair qanunu imzaladı -


    Rusiya Federasiyası Prezidenti Vladimir Putin ölkənin Silahlı Qüvvələri haqda saxta məlumat yayanların əmlakının müsadirə edilməsinə dair qanunu imzalayıb.

    Azadmedia.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

    Belə ki, qanun layihəsi bu ayın 8-də imzalanması üçün Vladimir Putinə təqdim edilib.

    Həmçinin qanuna əsasən, bu cəza Rusiya ordusu haqda və dövlət orqanlarının səlahiyyətlərini həyata keçirməsi ilə bağlı bilərəkdən yalan məlumatların ictimaiyyətə yayılmasına, bununla yanaşı, dövlət təhlükəsizliyinə qarşı yönələn fəaliyyətə ictimai çağırışlara görə təyin edilə bilər.

    Xatırladaq ki, Dövlət Duması həmin qanunu bu ilin 31 yanvar tarixində qəbul edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR