AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ADA Universitetində “BCM: Hüquq və Siyasətin toqquşması” mövzusunda dəyirmi masa keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 14-02-2024, 23:43

    ADA Universitetində “BCM: Hüquq və Siyasətin toqquşması” mövzusunda dəyirmi masa keçirilib -


    ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunda “BCM: Hüquq və Siyasətin toqquşması” mövzusunda dəyirmi masa keçirilib.

    Azadmedia.az xəbər verir ki, 12 fevral 2024-cü il tarixində ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Dr.Nizami Səfərovun təşəbbüsü ilə “Beynəlxalq Cinayət Məhkəməsi: Hüquq və Siyasətin toqquşması” mövzusunda Dəyirmi Masa təşkil edib.

    Belə ki, tədbirdə Prezident Administrasiyasının, Ədliyyə Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin nümayəndələri, o cümlədən, İDD və ADA Universitetinin akademikləri dəyirmi masada iştirak ediblər.

    Dəyirmi masada Beynəlxalq Cinayət Məhkəməsinin yaranma tarixi haqqında geniş məlumat verilib. Bununla yanaşı, onun yurisdiksiyasına daxil olan məsələlər tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanın anlayışı, məqsəd və növlərindən bəhs edən müvafiq maddələri nəzərdən keçirilərək müzakirə mövzusu olub.

    Deputat Nizami Səfərov qeyd edib ki, beynəlxalq hüquq diplomatiya və xarici siyasətlə üzvi surətdə bağlıdır. Habelə, xarici siyasətin həyata keçirilməsi və diplomatik təcrübə beynəlxalq hüquqa uyğun olmalıdır. Vurğulayıb ki, diplomatiya beynəlxalq hüquq normalarının yaradılmasının ən mühüm vasitəsidir. Bundan əlavə, Beynəlxalq Cinayət Məhkəməsinin tərkibi, strukturu və yurisdiksiyası barədə söz açıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR