“Starlink” peyk internet şəbəkəsinin Qəzzada yerləşməsi dinc əhaliyə yardım anlamına gəlir.
Azadmedia.az xəbər verir ki, bu barədə amerikalı sahibkar, milyarder İlon Mask deyib.
Belə ki, “Biz İsrail əhalisinə yardım etdiyimiz kimi, Qəzzanın günahsız dinc sakinlərinə də yardım edəcəyik”, - deyə Mask bildirib.
Həmçinin o, HƏMAS-ın şəbəkəyə giriş əldə edə bilməməsi üçün tədbirlər görüldüyünü də qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.