İtaliyalı fermerlər Avropa Birliyinin kənd təsərrüfatı siyasətinə etiraz məqsədilə Neapolda aksiya keçirib.
Azadmedia.az xəbər verir ki, fermerlər təxminən 100 traktorla şəhərin mərkəzi küçələrində dövrə vurub.
Belə ki, nümayişçilər aqrar sektorda artan xərclərə, qiymət artımına, subsidiyaların azaldılması və vergi dərəcələrinin yüksəldilməsinə etiraz ediblər.
Qeyd edək ki, aksiya zamanı müxtəlif şüarlar səsləndirilib, plakatlar qaldırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.