Özbəkistanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Azadmedia.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Bildirilib ki, buna səbəb Özbəkistan Milli Media Assosiasiyasının sədri Şerzodxan Kudratxojanın bəyanatları olub.
Belə ki, “Moskva əmindir ki, daxildən və ya xaricdən Rusiya Federasiyası və Özbəkistan xalqları arasında çəkişmə cəhdləri uğursuzluğa məhkumdur. Rusiya Federasiyası gözləyir ki, Özbəkistan Xarici İşlər Nazirliyi Kudratxojanın bəyanatlarına prinsipial qiymət verən rəsmi şərh təqdim edəcək”, - deyə məlumatda deyilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.