Ermənistanın Xarici İşlər Nazirliyi hökumətə müraciət edərək, Parisdə alınacaq binanın qiymətinin 10 faizini ödəmək üçün dövlət büdcəsindən əlavə pul istəyib.
Bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Parisin 16-cı rayonunda yerləşən alınacaq binanın tarixi dəyəri var, çünki o, 1956-cı ildən 5-ci Fransa Respublikasının 3-cü prezidenti Valeri Jiskar d'Estenə məxsus olub.
Binanın qiyməti 23 milyon avrodur, onu Ermənistan səfirliyinin Fransada yerləşdirilməsi üçün alırlar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.