NATO-Ukrayna Birgə Təhlil, Təlim və Təhsil Mərkəzi yaradılır.
Azadmedia.az xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq alyansın müdafiə nazirlərinin iclasından sonra yekun brifinqdə deyib.
Belə ki, o bildirib ki, mərkəz Polşanın Bıdqoş şəhərində yerləşəcək:
"Bu mərkəz Ukraynaya Rusiya müharibəsindən öyrəndiyi dərsləri bölüşməyə imkan verəcək və bu, Ukrayna qüvvələrinin müttəfiqləri ilə birlikdə öyrənməsi və təlim keçməsi üçün struktur yaradacaq".
Həmçinin NATO Baş katibi deyib ki, alyans müttəfiqləri Ukraynanın yanında olmağa davam edəcək.
"Bu həm Ukraynanın, həm də bizim təhlükəsizliyimiz üçündür", - deyə Stoltenberq vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.