Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın ölkəsini bu gün başlayan 60-cı Münhen Təhlükəsizlik Konfransında təmsil edəcək.
Bu barədə məlumatı “TRT Haber” yayıb.
Məlumata görə, İ.Kalın konfrans çərçivəsində xarici həmkarları ilə fikir mübadiləsi aparacaq.
MİT rəhbərinin görüşlər zamanı regional və beynəlxalq məsələlər, terrorla mübarizə, Qəzzadakı son vəziyyət, Rusiya-Ukrayna müharibəsi kimi məsələləri müzakirə edəcəyi gözlənilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.