Kanada 800-dən çox “SkyRanger R70” çoxməqsədli pilotsuz uçuş aparatını (PUA) Ukrayna ordusuna təhvil verəcək. Azadmedia.az xəbər verir ki, bu barədə Kanadanın milli müdafiə naziri Uilyam Bleyer deyib.
Belə ki, yardım paketinin dəyəri 95 milyon Kanada dolları (70 milyon ABŞ dolları) olaraq qiymətləndirilir.
Bildirilir ki, PUA-lar döyüş sursatı da daxil olmaqla 3,5 kq-a qədər faydalı yük daşıya bilir. PUA-ların yazda Kiyevə göndəriləcəyi bildirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.