"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola hazırda icarə əsasında "Vest Hem"də çıxış edən yarımmüdafiəçisi Kalvin Fillipsdən üzr istəyib.
Mütəxəssis 2022-ci ildə futbolçunu kilolu olduğuna görə tənqid etmişdi. İndi Qvardiola bu addımına görə peşman olduğunu dilə gətirib:
“Bəli, üzr istəyirəm. Səkkiz ildən bir üzr istəmək pis deyil. Kalvin Filipsdən üzr istəyirəm. Mən həqiqətən çox üzr istəyirəm”.
Xatırladaq ki, Filips daha əvvəl mətbuata açıqlamasında bu hadisənin futbolçunun DÇ-2022-dən qayıtdıqdan sonra baş verdiyini bildirmişdi. Fillipsin sözlərinə görə, Qvardiolanın şərhləri onu hədsiz dərəcədə əsəbiləşdirib və özünəinamına mənfi təsir edib.
Bu mövsüm Kalvin bütün yarışlarda 14 matça çıxıb və 1 qol vurub.("Daily Mail")
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.