AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İrəvandan Kamilin saxlanılmasına REAKSİYA

  • + A
  • - A
  • 21-02-2024, 11:28

    İrəvandan Kamilin saxlanılmasına REAKSİYA

     
    Ermənistan Baş Prokurorluğu idmançı Kamil Zeynallının Moskvada saxlanılması ilə bağlı xəbərlərə münasibət bildirib.

    Bu barədə "Sputnik"in Ermənistan xidməti məlumat yayıb.

    Bildirilib ki, Ermənistan Baş Prokurorluğunda İrəvanın sorğusu əsasında Kamil Zeynallının Moskvada saxlanması ilə bağlı rəsmi məlumat yoxdur.

    Qeyd edək ki, tanınmış idmançı Kamil Zeynallı Ermənistanın tələbi ilə Moskvada saxlanıldığını bildirib. XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, məsələ Azərbaycanın Rusiyadakı səfirliyinin nəzarəti altındadır. “Vətəndaşa müvafiq konsulluq-hüquqi yardım göstərilir. Əlavə məlumat olarsa, bildiriləcək”, - məlumatda deyilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR