Ölkənin qaz kəmərlərinin partlaması İsrail hücumları ilə bağlı olub. Azadmedia.az xəbər verir ki, bu barədə İranın neft naziri Cavad Ovci danışıb.
Belə ki, o bildirib ki, düşmən böyük əyalətlərdə məişət qazını kəsməklə qaz təchizatında problem yaratmaq niyyətində olub:
“Düşmənin sui-qəsdi zərərsizləşdirildi. Daha çox dağlıq və səhralıq ərazilərdə olan qaz xətləri ən qısa müddətdə təmir edildi”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.