Türkiyə Fəhlə Partiyası (TİP) İstanbul, Ankara və İzmir kimi böyük şəhərlərdə namizəd irəli sürməyib.
Bununla belə, bu şəhərlərdə CHP-nin namizədlərinin dəstəklənəcəyi bəlli deyil.
TİP 68 vilayət və 711 rayonda seçkilərə qatılmaq üçün müraciətlərini başa çatdırıb. Partiya 128 rayon və 13 vilayətdə seçkilərə öz namizədləri ilə qatılacaq.
TİP-in bu böyük şəhərlərdə CHP namizədlərinə dəstək çağırışı edib etməyəcəyi bəlli deyil. Bu üç böyük şəhərlə bağlı Partiya Məclisinin münasibətinin yaxın günlərdə bəlli olacağı bildirilib.
CHP-nin uduzma ehtimalının çox az olduğu şəhərlərdə “daha yaxşı namizəd” olduqlarını göstərmək üçün namizəd irəli sürdüklərini, seçicilərə seçim təklif etdiklərini açıqlayan TİP rəhbərliyi bu səbəbdən Çankaya və Kadıköydə namizəd irəli sürüblər.(Modern)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.