Aleksey Navalnının dul arvadı Yuliya siyasi karyerasına başlamaq üçün ərinin ölümünü gözləyirmiş.
Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
“Navalnının dul arvadının gülən xoşbəxt üzünə baxın. Görünür, o, bütün bu illər ərzində siyasi həyatını inkişaf etdirmək üçün bu hadisəni gözləyirmiş”, - Medvedev “Ria Novosti”yə müsahibəsində deyib.
O qeyd edib ki, Aleksey Navalnı haqqında yaxşı heç nə deyə bilməz.
Bundan əvvəl Yuliya 60-cı Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı ərinin işini və mübarizəsini davam etdirəcəyini bildirmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.