AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AAYDA-nın əməkdaşları peşə bayramları münasibətilə təltif ediliblər - FOTO

  • + A
  • - A
  • 23-02-2024, 13:44

    AAYDA-nın əməkdaşları peşə bayramları münasibətilə təltif ediliblər - FOTO



    22 fevral - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) işçilərinin peşə bayramı günü Azərbaycan Prezidenti İlham 2008-ci il fevralın 20-gün imzaladığı “Azərbaycan Respublikası avtomobil yol işçisinin peşəsinin təsis edilməsi haqqında” Sərəncamı ilə hər il qeyd edilir. 

    Azadmedia.az-a verilən məlumata görə, bu münasibətlə AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd ediblər və işlərində fərqlənən şəxslər Fəxri Fərmanlar ilə təltif ediliblər.

    Belə ki, AAYDA-nın sədri Saleh Məmmədov  ölkəmizin yol infrastrukturu sahəsində əldə etdiyi uğurların təməlində heç şübhəsiz prezident İlham Əliyevin uğurlu xarici ve daxili siyasətinin dayandığını bildirib.

    Daha sonra, AAYDA infrastrukturunun inkişafındakı xidmətlərinə görə və 22 fevral - AAYDA işçilərinin peşə bayramı günü münasibətilə 4 sayli magistral yollari MMC-nin Texniki istehalat birliyinin rəisi Paşazadə Nicat Mübariz oğlu və Baş mexanik İbrahimov Azər Sədaqət oğlu AAYDA-nın sədri Saleh Məmmədov tərəfindən “Fəxri Fərman”larla təltif olunublar.

    Fəxri Fərmanlar İdarə rəisi Mübariz Paşayev tərəfindən təqdim edilib. Paşayev hər iki şəxsi peşə bayramı münasibətilə təbrik edib, işlərində uğurlar arzu edib.

    Həmçinin P.Nicat və İ.Azər vətəndaşların rahat ve maneəsiz şəkildə gediş-gəlişini, daşımasının asanlaşmasını təmin etməyin vəzifə borcları olduqlarını bildiriblər.
    Eyni zamanda 4 saylı magistral yollari MMC-nin Texniki istehalat birliyinin rəisi Paşazadə Nicat və Baş mexanik İbrahimov Azər AAYDA-nın sədri Saleh Məmmədova və İdarə rəisi Mübariz Paşayevə minnəttarlıqlarını bildiriblər.

    Nəzərinizə çatdıraq ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ümumi istifadədə olan respublika ve yerli əhəmiyyətli avtomobil yollarının, körpülərin, tunellərin ve yol kurtlarının, həmçinin Bakı şəhərində yerləşən avtomobil yollarının, prospektlə rin və küçələrin vəziyyətinə nəzarətin həyata keçirilməsi, qorunub-saxlanılması, layihələndirilməsi, tikilməsi, cari, orta və əsaslı təmiri və bərpa edilməsi işlərinin ayrıştırılması həyata keçirir.




     


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR