AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin XVIII ümumi yığıncağına həsr olunmuş tədbir keçirilib

  • + A
  • - A
  • 23-02-2024, 18:04

    Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin XVIII ümumi yığıncağına həsr olunmuş tədbir keçirilib

    Bu gün saat 11:00 radələrində “Altus Hotel”də Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin XVIII ümumi yığıncağına həsr olunmuş tədbir keçirilib. Tədbirdə Cəmiyyətin 2023-cü il hesabat dövrünü əhatə edən ümumi fəaliyyətinin və 2024-cü ilə olan tədbirlər planların ümumi müzakirəsi aparılıb.

    Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN), ƏƏSMN Sosial Xidmətlər Agentliyi, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi, Cəmiyyətin şəhər, rayon və rayonlararası təşkilatlarının nümayəndələri, Əlil Təşkilatlar Birliyinin təmsilçiləri iştirak edib.

    Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev tədbiri açıq elan edib, qaydalara müvafiq say və Mandat Komissiyasının üzvləri seçilib. Daha sonra Hesabat məruzəsi tədbir iştirakçılarının diqqətinə çatdırlib, Cəmiyyətin Nəzarət Təftiş Komissiyasının hesabat məruzəsi dinlənilib.

    Tədbirdə müxtəlif nazirliklərin təmsilçiləri ilə yanaşı, Cəmiyyətin şəhər, rayon, rayonlararası təşkilatlarının nümayəndələri də çıxış edib, təkliflər müzakirə edilib. Bütövlükdə Cəmiyyət tərəfindən icra edilən layihələr, görülən işlər yüksək qiymətləndirilib, gələcək fəaliyyətlə bağlı bir çox məsələlər müzakirə olunub.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR