Rusiya strateji nüvə qüvvələrinin 95 faizini modernizasiya edib.
Azadmedia.az “Reuters“ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Vətənin Müdafiəçisi Günü münasibətilə çıxışında deyib.
Belə ki, o Rusiya Hərbi Hava Qüvvələrinin bu yaxınlarda nüvə silahı daşımağa qadir 4 hipersəs bombardmançı təyyarəni təhvil aldığını qeyd edib.
Həmçinin “Bu gün strateji nüvə qüvvələrində müasir silah və texnikanın payı artıq 95 faizə çatıb, “nüvə triadası”nın dəniz komponenti isə demək olar ki, 100 faizdir”, - deyə Rusiya Prezidenti bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.