HƏMAS atəşkəs təklifini nəzərdən keçirir.
Qəzza zolağında atəşkəs martın 4-də başlaya bilər.
Məlumata görə, qruplaşma Misir, Qətər, ABŞ və İsrailin iştirakı ilə Qəzza zolağında vəziyyətin nizamlanması üzrə aparılan danışıqlardan sonra belə bir təklif alıb.
Təklif qəbul olunarsa, Qəzza zolağında 40 gün ərzində hərbi əməliyyatlar dayandırılacaq. Razılaşmaya həmçinin HƏMAS-ın əlində olan 40 israilli girovun azad edilməsi də daxildir. İsrail də öz növbəsində 400 fələstinli məhbusu azad edəcək. Bundan əlavə, hər gün Qəzza zolağına humanitar yardım daşıyan 500 yük maşını buraxılacaq.
Bundan əvvəl ABŞ prezidenti Co Bayden Qəzza zolağında martın 4-dək atəşkəsin əldə olunacağına ümid etdiyini bildirib: “Biz buna yaxınıq”.
"Reuters" yazır ki, ABŞ müzakirəçiləri müsəlmanların müqəddəs Ramazan ayının başlamasına qədər israrla razılaşma əldə etməyə çalışırlar.("Deutsche Welle")
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.