Türkiyə Milli Kəşfiyyat Təşkilatının (Milli İstihbarat Təşkilatı) Suriyanın Qamışlı bölgəsində keçirdiyi yeni əməliyyat nəticəsində PKK terror təşkilatının aparıcı fiqurlarından biri zərərsizləşdirilib.
Azadmedia.az “Anadolu”ya istinadən xəbər verir ki, əməliyyat nəticəsində “Azadi Derik” kod adlı Emine Seyid Ahmet öldürülüb.
Belə ki, onun Suriya vətəndaşı olduğu bildirilir.
Məlumatda qeyd edilib ki, E.S.Ahmet Türkiyə Təhlükəsizlik Qüvvələrinə qarşı hücumlarda iştirak edib, həmçinin raket hücumları barədə əmrlər verib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.