Bu il fevralın ayının 1-nə Azərbaycanda problemli kreditlərin həcmi əvvəlki aya nisbətən 3,6% azalaraq 454.1 milyon manata enib.
Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Vaxtı ötmüş kreditlər ötən ilin eyni dövrü ilə müqayisədə isə 22,2% azalıb.
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1 faiz bəndi azalaraq 1.9% təşkil edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.