NASA kiçik peykləri gücləndirmək üçün nazik təbəqəli elastik günəş panellərindən istifadə etməyə başlayacaq. Onlar “Ascent Solar Technologies” şirkəti tərəfindən hazırlanıb.
AZƏRTAC şirkətin məlumatına istinadla xəbər verir ki, ilk missiyanın yayda göndərilməsi planlaşdırılır. Missiya “Lightweight Integrated Solar Array and Antenna” (LISA-T) adlanacaq. Onun tərkib hissəsi kimi peykdə nazik təbəqəli fotovoltaik elementlərlə təchiz edilmiş massiv və antena yerləşdiriləcək. Missiyaya NASA-nın Kosmik Texnologiyalar Direktorluğu və Hantsvilldəki Marşal Kosmik Uçuşlar Mərkəzi nəzarət edəcək. O, elastik fotovoltaik (PV) enerjidən istifadə edərək kosmik elektrik şəbəkəsinin imkanlarını sınaqdan keçirəcək. Bu, yeni kiçik kosmik gəmi texnologiyalarını orbitdə sınaqdan keçirən “Pathfinder Technology Demonstrator” (PTD) seriyasında dördüncü missiya olacaq.
“Ascent Solar Technologies” günəş panelləri daha az yer tutur və digər fotovoltaik seçimlərdən üç dəfə çox enerji təmin edir. Massivlər standart “CubeSat” nanopeyk ölçüləri və forma göstəricilərindən kənara güc miqyası vermək üçün nəzərdə tutulub. Onlar kiçik cihazlar üçün kilovat enerji istehsal etməyə imkan verir. LISA-T üçün hazırlanmış modullar “Ascent Titan” kosmik məhsulları xəttinin inkişafında əsas rol oynayıb. Gələcəkdə onlar kosmik mühitdə massivin kiloqramına görə kilovat enerji istehsalına imkan verəcəklər.
Əvvəllər “Ascent” texnologiyası NASA-nın MISSE-X təcrübəsi çərçivəsində Beynəlxalq Kosmik Stansiyada sınaqdan keçirilmişdi. Mis, indium və qallium selenimdin çevik massivləri sərt iş şəraitinə tab gətirir.
Yenilənmiş “Ascent” günəş modulları mart ayında “SpaceX”in 30-cu kommersiya missiyasında qiymətləndirilmək üçün Beynəlxalq Kosmik Stansiyaya göndəriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.