Amerika Birləşmiş Ştatlar Qəzza zolağındakı döyüşlərdə altı həftəyə qədər humanitar fasiləyə imkan verəcək razılaşmalar əldə etməyi gözləyir.
Azadmedia.az xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
Belə ki, “Ümid edirəm ki, döyüşlərdə uzun fasilə əldə edə bilək. Bu, bir neçə, optimist olaraq altı həftə davam edəcək. Bu müddət ərzində heç bir döyüş olmayacaq. Belə ki, bu da bizə girovları azad etməyə, humanitar yardımın həcmini artırmağa imkan verəcək”, - deyə C.Kirbi vurğulayıb.
Həmçinin Kirbi onu da əlavə edib ki, İsrail rəhbərliyi Qəzza zolağının cənubundakı Rəfah şəhərində əməliyyat planı ilə bağlı hələlik ABŞ-a məlumat verməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.