Bayden administrasiyası ABŞ-ın iki keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton və Robert Obreyenin fiziki müdafiəsi üçün bir il ərzində 12 milyon dollardan çox pul xərcləyib.
Azadmedia.az xəbər verir ki, bu barədə SEPAH-ın rus dilində yayımlanan Teleqram kanalında bildirilib.
Belə ki, bu barədə əldə edilən yeni sənədlərdə bəhs olunub:
“Sənəddə İranın adı çəkilməsə də, CBS şəbəkəsi iki şəxsin fiziki müdafiəsinin İrandan gələn potensial təhdidlərlə bağlı olduğunu bildirib”, - deyə məlumatda deyilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.